RU

Üzrü qəbahətindən betər: Həkim Ləman Əliyeva SƏHİYYƏ NAZİRLİYİNİ SÖYDÜRÜR? – FOTO/VİDEO

“German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən təşkil olunan ad günü təbrikini, tort hədiyyəsini qəbul edib şamları üfürməklə həm gigiyena qaydalarına məhəl qoymayıb, həm də xəstənin həyatını təhlükəyə atıb. Faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən dərhal yoxlamalara başlanılıb.

“German hospital”ın direktor müavini Səftər Əliyev də mətbuata açıqlamasında deyib ki, bununla bağlı yayılan videoda görüntülənən kiçik tibb bacıları kadrlar şöbəsinə dəvət olunub, izahatları alınıb, barələrində rəsmi qaydada töhmət elan edilib. Həmçinin həkim-ginekoloq Ləman Əliyeva araşdırmalar tam yekunlaşana qədər işdən kənarlaşdırılıb.

Bununla paralel olaraq, AEM “German Hospital”a plandankənar yoxlama açıb və müəssisə tərəfindən bütün sənədlər mərkəzə təqdim olunub. Onlar əməkdaşlarla görüşlər keçirib, profilaktik söhbətlər aparıblar və nizam-intizam qaydalarının pozulması barədə aidiyyəti üzrə məlumat verilib. Artıq növbəti qərarları AEM qəbul edəcək.

Üzrü qəbahətindən betər: Həkim Ləman Əliyeva <span style=color:red>SƏHİYYƏ NAZİRLİYİNİ SÖYDÜRÜR? - FOTO/VİDEO

Maraqlı burasıdır ki, bütün baş verənlərdən, görülən cəza tədbirlərindən sonra mama-ginekoloq Ləman Əliyeva hələ də öz hərəkəti və yanaşması ilə gigiyena qaydalarına məhəl qoymadığının, hadisə zamanı cərrahiyyə əməliyyatı etdiyi xəstənin həyatını təhlükəyə atdığının fərqinə varmayıb. Çünki həkim sosial şəbəkədə, daxili yazışmalarda ona ünvanlanan dəstək xarakterli, hətta yoxlamanı aparan dövlət qurumunun ünvanına yönələn tənqid, təhqir xarakterli mesajları publik şəkildə nümayiş etdirir. Bununla həmin fikirləri dəstəklədiyini bəyan edir.

Misal üçün, L.Əliyeva bacısının, yaxud bacı deyə mama-ginekoloqa xitab edən Füruzə Mübariz adlı sosial media istifadəçinin dəstək üçün yazdığı və həkimin fotosu ilə birlikdə paylaşdığı “Mənim bacım peşəkardır! Gedin başqa yerdə otlayın” statusunu olduğu kimi kopyalayıb statusda paylaşıb. Bu, əlimizdə olan oxşar status paylaşımlardan sadəcə birindən gətirilən misaldır. Maraqlıdır, mama-ginekoloq L.Əliyevanın bacısı mal-heyvan yerinə kimi qoyur, otlamağı kimə tövsiyə edir, bununla kimi təhqir edir, alçaldır? Bəlkə o, bu yolla özünün və “German Hospital”ın fəaliyyətini yoxlayan, araşdırma aparan Səhiyyə Nazirliyini hədəfə alır? Əgər belədirsə, bu, üzrü qəbahətindən betər hərəkət deyilmi? Ümumiyyətlə, bu nə hikkə, bu nə davranışdır?

Üzrü qəbahətindən betər: Həkim Ləman Əliyeva <span style=color:red>SƏHİYYƏ NAZİRLİYİNİ SÖYDÜRÜR? - FOTO/VİDEO

Mövzu ilə bağlı Medianews.az-a danışan İnvaziv Ağrı mütəxəssisi Zülfüqar Yusifov bildirib ki, hər bir xəstəxanada, kollektivdə müəyyən doğum günləri və sairə ola bilir. Onun sözlərinə görə, bunları cərrahiyyə əməliyyatı zamanı deyil, kollektiv daxilində rahat bir ortamda qeyd etmək daha düzgün olar: “Əməliyyatxanaya birbaşa qeyri-steril şəkildə daxil olmaq və ya qeyri-steril əşyaların buraya keçirilməsi qayalara ciddi şəkildə ziddir. Bu, həm xəstəxana daxilindəki qaydalara, həm də Səhiyyə Nazirliyinin təlimatlarına, Dünya Səhiyyə Təşkilatının prinsiplərinə ziddir. Bu, müalicə olunan xəstənin infeksiyaya yoluxma riskini artırır, cərrahiyə bloku daxilindəki sterilizasiya şərtlərini pozur. Bunların baş verməməsi lazımdır. Adətən bu tipli məsələlərin baş verməməsi üçün cərrahiyə şöbəsinin müdiri və yaxud da xəstəxananın baş tibb bacısı tərəfindən müvafiq nəzarətlər olur. Eyni zamanda klinika daxili müəyyən təlimatlarla bu işlər tənzimlənə bilir. Lakin təəssüf ki, hazırda hər kəsə məlum olan xoşagəlməz hadisə baş verib. Ola bilər ki, bunu edənlər hətta prosesin mahiyyətinə varmadan bu addımları atıblar. Amma hər halda bunun doğru olmadığını biz bilirik”.

Üzrü qəbahətindən betər: Həkim Ləman Əliyeva <span style=color:red>SƏHİYYƏ NAZİRLİYİNİ SÖYDÜRÜR? - FOTO/VİDEO

Həkim Z.Yusifov qeyd edib ki, bununla bağlı hazırda tibb müəssisəsinin rəhbərliyi tərəfindən müvafiq qərarlar qəbul olunub, AEM nümayəndələri tərəfindən müəyyən araşdırmalar aparılır: “Yəqin ki, bununla bağlı bir xəbərdarlıq, müvafiq bilinən cəzalandırma tədbiri tətbiq olunacaq. Bu da gələcəkdə digər tibb sahəsində çalışan kollektivlər, bizim hamımız üçün örnək olar. Bu kimi məsələlərə diqqəti artırmaq lazımdır. Çünki sosial medianın sürətlə inkişaf etdiyi bir dövrdə müxtəlif cəhdlər də ola bilir. Bunların hamısının bir qaydaya salınması hər halda lazımdır. Müasir dövrün yeni tələbləri var. Amma baş verən hadisədə yenə yeniliyə, köhnəliyə baxmadan, cərrahiyyəyə, palataya, yaxud stasionara, əməliyyatxanaya daxil olma qaydaları var. Bu qaydalar çərçivəsində işlərin davam etməsi hər yerdə tövsiyə olunur. Buna əməl olunması həm xəstəxananın reputasiyası, həm tibb müəssisəsində aparılan müalicələrin uğurla başa çatması, həm də xəstələrimizin sağlamlığı üçün olduqca vacibdir”.

Üzrü qəbahətindən betər: Həkim Ləman Əliyeva <span style=color:red>SƏHİYYƏ NAZİRLİYİNİ SÖYDÜRÜR? - FOTO/VİDEO

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli də Medianews.az-a bildirib ki, hazırda gündəmdə olan məlum həkimin videosu sosial şəbəkələrdə paylaşılan yalnız bir fraqmentdir. Onun sözlərinə görə, eynitipli qayda pozuntulara əksər mütəxəssislər, cərrahi əməliyyat həyata keçirən həkimlər və onların komandaları dəfələrlə yol veriblər: “Məsələn, mən dəfələrlə şahid olmuşam ki, rinoplastik əməliyyat edilən zaman, yaxud qarın nahiyəsində piylərin çıxarılması kimi proseslərdə əməliyyatxanadan çəkilişlər edilir və paylaşılır. Bunlar hamısı olduqca təhlükəli və gigiyenik qaydaların pozulması ilə nəticələndirilə bilinəcək hallardır. Yəni, cərrahi blokun sterilizasiyası o qədər detallı aparılmalıdır ki, xəstənin sağlamlığına, həyat fəaliyyətinə hər hansı təhlükə yaranmasın. Yoxsa bunun əksinə olaraq orada şam yandırıb bloku tüstülətmək, pasientin son tikiş mərhələsində qapını açıb kifayət qədər sayda tibb personalla otağa daxil olması birmənalı şəkildə sterilizasiya qaydalarının pozulmasıdır. Bunu hansı həkimin etməsindən, ona qarşı hansısa hücumların edilməsindən, barəsində müvafiq tədbirlərin görülməsindən, yaxud sosial mediada ona dəstək ifadə edilməsindən asılı olmayaraq, baş verən hadisə birbaşa səhiyyə, gigiyenik normativlərin pozulmasıdır. Ona görə də belə hərəkətə yol verən şəxs səhvini başa düşməli, səmimi şəkildə ictimaiyyətdən üzr istəməli, bunun bilməyərəkdən edilməsi ilə bağlı fikir bildirərək, cəmiyyətdə yarana biləcək narazılıqları birdəfəlik aradan qaldırmağı bacarmalıdır. Yəni, mümkün narazılıqları üzrxahlıqla ifadə etmək, aradan qaldırmaq daha doğrudur, nəinki, müdafiəyə çəkilmək, kimlərəsə hansısa səviyyədə hücumlar etmək”.

Üzrü qəbahətindən betər: Həkim Ləman Əliyeva <span style=color:red>SƏHİYYƏ NAZİRLİYİNİ SÖYDÜRÜR? - FOTO/VİDEO

Ekspert qeyd edib ki, fakt, baş verən səhv ortadadır və Səhiyyə Nazirliyi bununla bağlı ölçü götürməlidir: “Mən demirəm cərrah cəzalanmalı və vəzifəsindən kənarlaşdırılmalıdır. Xeyr, bunun da tərəfdarı deyiləm. Amma ən azından xəbərdarlıq olmalıdır. Əməliyyatı həyata keçirən cərraha tənbeh tədbirləri tətbiq olunmalıdır ki, bu növbəti dəfə baş verməsin. Xüsusən bu cərrahi əməliyyatın həyata keçirildiyi kilinikanın özü ilə bağlı araşdırmalar aparılmalı, tədbir görülməlidir. Qanunun tələblərinə uyğun olan səviyyədə sanksiyalar tətbiq olunmalıdır. Mənim gəldiyim qənaət bundan ibarətdir. Mən həkimin tərəfindən özünə bəraət qazandırmaq üçün səsləndirdiyi belə bir fikirlə tanış oldum: “Artıq bütün cərrahiyə prosesi başa çatmışdı, xəstənin cərrahiyə əməliyyatından sonra son tikişləri vurulmuşdu”. Bu da bəraət üçün əsas vermir. Hətta xəstə əməliyyatdan çıxdıqdan sonra sterilizasiya qaydalarına əməl olunaraq, yarası tam steril olunub bağlandıqdan sonra onu yaxınları müəyyən olunmuş saatlarda görə bilirlər. Yəni, əməliyyatın böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, xəstənin həyat və sağlamlığına gələcək riskləri azaltmaq üçün bu qaydalara mütləq şəkildə əməl olunmalıdır”.

Nailə QASIMOVA

Избранный
1
medianews.az

1Источники