RU

"Oleq Bakinski”nin məhkəməsi başladı

Azərbaycanda həbsdə olan ukraynalı kriminal avtoritet "Oleq Bakinski” ləqəbi ilə tanınan Krapivin Oleq Andreyevic və Kucher Kostıanyn Antonovıchin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

O bildirib ki, Ukrayna dilində bilir, həmin dildə tərcüməçi ilə təmin olunmasını istəyib. Rus dilində tərcüməçi ilə təmin olunan təqsirləndirilən şəxsə hüquqları izah olunub.

Krapivin Oleq Andreyevic deyib ki, hazırlıq iclasında Rus dilindən tərcüməçiyə etiraz etməyib, amma məhkəmə baxışında Ukrayna dilində tərcüməçi ilə təmin olunmasını istəyib.

Digər təqsirləndirilən Kucher Kostıanyn Antonovıchin Azərbaycan dilində sərbəst danışa bildiyini, Şamaxı rayonunda anadan olduğunu deyib. Onun 8 uşağı olduğu qeyd olunub.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri müəyyən edilib.

Hazırda proses davam edir.

Qeyd edək ki, cinayət işi üzrə Zaxarenkov Valeriy Nikolayeviç zərərçəkmiş qismində tanınıb.

İş üzrə daha iki şirkət zərərçəkmiş hesab olunub. Bunlar “Avıazapchast” Açıq Səhimdar Cəmiyyəti və “Promyshlennye Postavkı Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir.

Oleq Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub.

Oleq Krapivin kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınır.

Oleq Bakinski az ağır xəsarət yetirmə, xuliqanlıq, Konstantin Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunurlar.
Kucher Kostıanyn Antonovıchin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov
Избранный
4
1
teleqraf.com

2Источники