RU

Əməkdar artist qəzəbləndi: “Deyirlər ki, “kaftara” oxşayırsan”

"Yazırlar ki, "dolğunu zırrayıb üzünə". Sən nə "zırramısan ki" o boyda qol yığmısan özünə. Sənin axı mənimlə nə işin var? Deyirlər ki, yaşlandıqca "kaftara" oxşayırsan. Siz yaşlı ananıza "kaftar" deyirsiniz? 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva qonaq olduğu "Tarixin bir günü" verilişində deyib

Müğənni xanım ev almasından və lombarda borclu qalmasından da danışıb.

"190 minə Binəqədidə hazır tikilmiş həyət evi aldım. Hələ lombarda 15 min borcum qalıb. Əlimdə nə var idisə hamısını xərclədim, heç kimə ağlayıb demirəm ki, gətirin mənə pul verin. Efirdə satdığım güzgüləri reklam etdim lağ etdilər. Bu əlimin zəhmətidir. Geyinirsən bir ayıb, soyunursan bir ayıb, başını bağlayırsan bir ayıb, açırsan bir ayıb. Bu millət axı nə istəyir? Elə vəzifəli şəxslər var ki, onların mağazaları var, onlara olar, amma mənə yox? Mən zəhmətimi satıram",- deyə o narazılığını ifadə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
1447
50
milli.az

10Источники