İsrailin Müdafiə Ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu yayıb.
Bildirilir ki, buna səbəb HƏMAS hərəkatının atəşkəs rejimini pozması və İsrail ərazisini atəşə tutması olub.
Xatırladaq ki, noyabrın 24-dən Qəzzada İsraillə HƏMAS arasında müvəqqəti atəşkəs elan edilmişdi.