RU

Azərbaycanın iri alüminium şirkətinin xalis mənfəəti azalıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tərkibində fəaliyyət göstərən "Azəralüminium" MMC 2022-ci ili 27 milyon 715 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 30 milyon 76 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2022-ci ildə 2021-ci illə müqayisədə "Azəralüminium" şirkətinin xalis mənfəti 2 milyon 361 min manat və ya 7,6% azalıb.

Marja.az-ın şirkətin maliyyə hesabatına istinadən məlumatına görə, "Azəralüminium" MMC-nin satışdan gəlirləri 2021-ci ildə 234 milyon 385 min manat ikən, 2022-ci ildə 286 milyon 720 min manata yükəlib. 

Ötən il şirkətin satışdan gəlirlərinin 52 milyon 335 min manat artmasına qarşlıq, satışın maya dəyəri 61 miylon 579 min manat artıb. Xərclərin gəlirlərdən daha çox artması ötən il ümumi mənfəəti azaldıb.

“Azəralüminium” MMC-nin ən üst nəzarət subyekti Azərbaycan Respublikasının Hökumətidir və 100% “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. “Azəralüminium” əlvan metallurgiya sənayesinin aparıcı şirkəti, həmçinin Cənubi Qafqazda yeganə ilkin alüminium istehsalçısıdır. Cəmiyyətin əsas fəaliyyəti alüminium kompleksində və digər obyektlərdə cəmləşdirilmişdir. Bu fəaliyyətə  fasiləsiz tökmə rulonlar, külçələr və soyuqyayma məhsullar kimi ilkin alüminium və əlavə məhsulların istehsalı daxildir. 

azəralüminiumalüminiuməlvanmetallurgiyamənfəətsatışgəlirazərbaycansənayekorporasiya
Избранный
496
50
marja.az

10Источники