
Piylənmə dünyada artmaqda olan ciddi sağlamlıq problemidir.

E-saglam.az xəbər verir ki, İnönü Universiteti Turqut Özal Tibb Mərkəzinin mütəxəssisi Prof. Dr. Fatih Sümer piylənmənin ürək xəstəlikləri, hipertoniya və digər sağlamlıq problemlərinə səbəb olduğunu, həmçinin insan ömrünü 10-15 il qısaltdığını vurğulayır. Dünyada hər 8 nəfərdən 1-i piylənmədən əziyyət çəkir.
Türkiyədə obezitenin yayılma səviyyəsi Avropada ən yüksək göstəricilər arasındadır. Sənayeləşmə və həyat tərzinin dəyişməsi fiziki aktivliyin azalmasına, qeyri-sağlam qidalanmaya və çəki artımına gətirib çıxarır. Piylənmə sadəcə çəki problemi deyil, həm də ciddi xəstəliklərin əsas səbəblərindən biridir.
Mütəxəssislər bədən kütlə indeksi 35-dən yuxarı olan şəxslərdə cərrahi müdaxiləni uyğun hesab edirlər. Bununla belə, piylənmənin müalicəsində əsas rolu sağlam həyat tərzi və düzgün qidalanma oynayır.
Tərcümə: Könül Oruc