RU

ABŞ-nin büdcə kəsiri trilyon dolları ötüb

ABŞ-də büdcə kəsiri rekord səviyyəyə çatıb.

ABŞ Xəzinədarlıq Nazirliyi fevral ayına dair büdcə balansı hesabatını yayımlayıb.

Valyuta.Az xəbər verir ki, məlumata görə, 1 oktyabr 2024-cü ildə başlayıb 30 sentyabr 2025-ci ildə başa çatacaq 2025-ci maliyyə ilinin beşinci ayında federal hökumətin büdcə kəsiri 307 mlrd. dollar olub.

Federal hökumət ötən ilin fevral ayında 296 mlrd. dollarlıq büdcə kəsiri qeydə almışdı. Beləliklə, büdcə kəsiri fevralda ötən ilin eyni ayı ilə müqayisədə təxminən 4% artıb.

Bu dövrdə bazar gözləntiləri büdcə kəsirinin 302,5 mlrd. dollar olacağı istiqamətində idi.

Hökumətin gəlirləri fevralda 9% artaraq 296 mlrd. dollara, xərcləri isə 6% artaraq 603 mlrd. dollara yüksəlib.

Ölkədə 2025-ci maliyyə ilinin beşinci ayı olan fevral ayı etibarilə ümumi büdcə kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 38% artaraq 1,15 trilyon dollara çatıb.

Qeyd olunan kəsir ötən ilin eyni dövründə 828 mlrd. dollar səviyyəsində idi.

Maliyyə ilinin ilk beş ayında gəlirlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2% artaraq 1,9 trilyon dollara yüksəlib, xərclər isə 13% artaraq 3 trilyon dollara çatıb.

Rəhim

Избранный
8
2
valyuta.az

10Источники