RU

İnsаn hüquq və аzаdlıqlаrının müdаfiəsi dövlətin ali məqsədidir

İnsаn hüquq və аzаdlıqlаrının müdаfiəsi dövlətin ali məqsədidir. Azərbaycanda insan hüquqlarının qorunması, insan azadlıqlarının təmin edilməsi həmişə diqqət mərkəzində olmuşdur.
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri
Hər il dekabrın 10-da Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunması İnsan Hüquqları Günü kimi qeyd edilir. Bu gündə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi müntəzəm olaraq mədəni tədbirlər, ictimai görüşlər, seminarlar və insan hüquqlarının təşviqi ilə bağlı digər maarifləndirici fəaliyyətlərin həyata keçirilməsində böyük rol oynayır. Bundan əlavə, ənənəvi olaraq dekabrın 10-da İnsan Hüquqları sahəsində BMT-nin beş illik mükafatı və Nobel Sülh Mükafatı təqdim olunur. Həmçinin İnsan hüquqları sahəsində fəaliyyət göstərən bir çox hökumət və qeyri-hökumət təşkilatları, bir çox vətəndaş və ictimai təşkilatlar kimi, günü qeyd etmək üçün xüsusi tədbirlər planlaşdırırlar.
1950-ci il dekabrın 4-də keçirilən plenar iclasda BMT Baş Assambleyası BMT-nin bütün üzv dövlətlərini və hər hansı digər maraqlı təşkilatları 10 dekabr 1948-ci ildə ÜİHB-nin elan edilməsini illik bir tədbirlə qeyd etməyə dəvət edən (423 [V]) qətnamə qəbul etdi. Bəyannamə Baş Assambleyada 48 dövlətin lehinə və səkkiz dövlətin bitərəf səsi ilə qəbul edildi. Hər il insan hüquqlarının müdafiəsinin müəyyən bir tərəfinə diqqəti cəlb etmək üçün xüsusi bir mövzu seçilir. 2022-ci il İnsan Hüquqları Gününün mövzusu “Ləyaqət, Azadlıq və Hamı üçün Ədalət” adlanır.
Dövlətlər müxtəlif insan hüquqları standartlarını müzakirə etmək və müəyyən etmək üçün Birləşmiş Millətlər Təşkilatında bir araya gəlirlər. Məsələn, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi bizim bütün insan hüquqlarımızın əsasını müəyyən edir – o vaxtdan bəri qüvvədə olan bütün beynəlxalq insan hüquqları qanunları və müqavilələri üçün əsas yaradır. İnsan hüquqlarını kimin müdafiə etməsi ilə bağlı məsuliyyət müxtəlif orqanlar üzərində cəmləşmişdir.
Ölkəmizdə də İnsan Hüquqları günü yüksək səviyyədə konfranslar və görüşlər, həm də insan hüquqları məsələlərinə həsr olunmuş mədəni tədbirlər və sərgilərlə qeyd olunur. Əlavə olaraq, 18 iyun da Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi təsis edilib. Bu hadisə özü də onu göstərir ki, ölkəmizdə insan hüquqları dövlət tərəfindən qorunur və xüsusi diqqət edilir.
Dеmоkrаtik inkişаf yоlu sеçmiş Аzərbаycаn Rеspublikаsındа insаn və vətəndаş hüquq və аzаdlıqlаrının müdаfiəsinin rеаl təminаtı üçün zəruri qаnunvеricilik bаzаsı yаrаdılmışdır. 1998-ci ilin 22 fеvrаlındа “İnsаn və vətəndаş hüquqlаrının və аzаdlıqlаrının təmin еdilməsi sаhəsində tədbirlər hаqqındа” Fərmаn imzаlаnmış, insаn hüquqlаrı sаhəsində həyаtа kеçirilən tədbirlərin istiqаməti və kоnsеpsiyаsı səhih şəkildə müəyyən оlunmuşdur.
Respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması olub. 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması nəzərdə tutulub. Ombudsman təsisatının yaradılması hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı idi. 2001-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Milli Məclisi “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununu qəbul edib. Müvəkkil təsisatının yaradılması və fəaliyyəti üçün maddi və hüquqi baza formalaşdırılmışdır. Həmçinin 24 dekabr 2002-ci il tarixdə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu qəbul edilmişdir.
Аzərbаycаn Rеspublikаsı 2001-ci ildə “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа” Аvrоpа Kоnvеnsiyаsınа qоşulmаqlа bu Kоnvеnsiyа Kоnstitusiyаmızın 148-ci mаddəsinə müvаfiq оlаrаq milli qаnunvеriciliyin tərkib hissəsinə çеvrilmişdir. Həmçinin Аzərbаycаn Rеspublikаsı insаn hüquqlаrının qоrunmаsı sаhəsində mühüm bеynəlхаlq sənədlərə, о cümlədən BMT Bаş Məclisi tərəfindən qəbul еdilmiş “İşgəncələrə və digər qəddаr, qеyri-insаni, yахud ləyаqət аlçаldаn dаvrаnış və cəzа növünə qаrşı” Kоnvеnsiyаyа qоşulmuşdur.
Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov deyib ki, Hüquqi, demokratik və vətəndaş cəmiyyətli dövlət quruculuğunda inamlı və qətiyyətli addımlarını atan müstəqil Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"ndan irəli gələn müddəalar 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyilə qəbul olunmuş, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın da başlıca qayəsini təşkil etdi.
Konstitusiyanın qəbul olunması siyasi sistemin müasirləşdirilməsi və demokratik institutların formalaşdırılması üçün zəmin yaratdı. Müxtəlif illərdə referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasına, vətəndaşların həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə və inkişafına yönəlmişdir.
Yeni Konstitusiyamızın üçdəbir hissəsi insan hüquq və azadlıqlarına, onların təminatına həsr edilib. Konstitusiyamızın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ vardır.
Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. İstinasız olaraq hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəlik insan və vətəndaş hüquq və azadlıqlarına hörmət etmək, onları müdafiə etmək, dəstəkləmək, eləcə də həyata keçirmək vəzifələrini ehtiva edir.
Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil problemləri üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.
Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işləri beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər. Azərbaycanda aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaratmış, bu müddət ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulub. BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda "İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" Memorandum imzalanıb. İnsan hüquqları sahəsində ardıcıl və dinamik fəaliyyətə xüsusi diqqət yetirən respublikamız bu sahədə 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Bu gün Azərbaycan Respublikası insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri ilə sıx əməkdaşlıq edir. Beynəlxalq mexanizmlər tərəfindən irəli sürülən tövsiyələr isə daim Azərbaycan Respublikası tərəfindən dövlətdaxili qanunvericiliyn daha da təkmilləşdirilməsində istifadə edilir.
Cavid

Избранный
252
xalqcebhesi.az

1Источники