RU

Azad olunmuş kəndlərin qazlaşdırılması istiqamətində işlər aparılır-VİDEO/FOTO

İşğaldan azad olunmuş bir neçə kəndin qazlaşdırılması üçün daşıyıcı qaz kəmərlərinin tikintisi işləri həyata keçirilir.

SOCAR “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə,Füzuli rayonu işğal dövründə erməni terrorundan ən çox ziyan görən ərazilərimizdəndir. Qələbədən sonra işğaldan azad olunan ərazilərdə infrastrukturun bərpası və yenidən qurulması istiqamətində hərtərəfli işlər görülür.

Məlumata görə, görülən işlərin davamı olaraq Füzuli rayonunun Dövlətyarlı və Dədəli kəndlərinin təbii qazla təmin edilməsi üçün daşıyıcı qaz kəmərlərinin tikintisi işləri aparılır. Dövlətyarlı kəndinin daşıyıcı qaz kəmərinin tikintisi üçün ümumi uzunluğu 4050 metrədək müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunur. Diametri 325 mm olan xüsusi izolyasiya olunmuş polad boru kəməri Quruçay çayının aşağı hissəsindən keçiriləcək, digər daşıyıcı kəmərə birləşdiriləcək.

“Dədəli kəndinə də daşıyıcı qaz kəmərinin çəkilişi işləri icra olunur. İlk olaraq ANAMA tərəfindən kəmərin keçəcəyi dəhliz boyunca ərazilər minalardan təmizlənib, daha sonra qaz kəmərinin çəkilişi işlərinə başlanılıb. Kəndə daşıyıcı qaz kəmərinin çəkilişi üçün ümumi uzunluğu 14 500 metrədək müxtəlif diametrli polietilen borulardan istifadə olunub ki, artıq işlərin yaxın günlərdə tamamilə yekunlaşacağı nəzərdə tutulub”, - məlumatda qeyd olunur.

Elçin Zaman, «İki sahil»

Избранный
534
30
ikisahil.az

10Источники