RU

9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama

Sosial şəbəkədə orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsı ilə bağlı videogörüntülər yayılıb. Hadisə Bakıda 112 saylı orta məktəbdə baş verib.

Məktəbdən verilən məlumatda bildirilib ki, sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər sentyabrın 30-da tənəffüs zamanı baş verib:


"Həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər.

Femida.azməəsləninhüquqitərəfiniaydınlaşdırmaq məqsədi ilə vəkil Sadiq Əfəndiyevlə əlaqəsaxlayıb. Vəkilin sözlərinəgörə, 9-cu sinif şagirdi 16 yaşına çatmadığından cinayət məsuliyyətinə cəlb edilməyəcək.




Vəkil SadiqƏfəndiyev mövzu ilə bağlıbunları bildirib:

Məlum görüntüdə bir şagirdin digər şagird üzərində həm zorakılıq, həm də alçaldıcı hərəkətlərini müşahidə edirik. Alçaldıcı ona görə ki, zorakılıq hərəkətlərini törədən şagird öz hərəkətlərini videoçəkilişlə və kənar şəxslərə nümayiş etdirməklə, kənar şəxslərin - sinif yoldaşlarının, hətta qız sinif yoldaşlarının gözü qarşısında müqavimət göstərməyən bir şagirdə boks döşəyinə vururmuş kimi zərbələr endirir. Təbii ki, bu hərəkətlərin təhsil ocağında uşaq hesab edilən şagirdlər arasında baş verməsi bizi daha da təəssüfləndirir.
Məsələnin hüquqi tərəfinə gəldikdə qeyd etmək lazımdır ki, törədilən əməl daha çox xuliqanlıq cinayətinə uyğundur. Çünki əməl sahibi ictimai qaydalara, əxlaq və mənəviyyat normalırına açıq-aşkar etinasızlıq göstərir, qanunundili ilə desək cəmiyyətə açıqca hörmətsizlik ifadə edir. Lakin hazırda qüvvədə olan Cinayət Məcəlləsinə görə bu cür əməllərə görə yalnız 16 yaşı tamam olmuş şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilər. Ona görə də barəsində danışılan 9-cu sinif şagirdi 16 yaşı olmadığından cinayət məsuliyyətinə cəlb edilməyəcəkdir. Bununla belə bu kimi faktlar aşkar edildiyi halda qanunvericliyə uyğun olaraq müvafiq dövlət qurumları tərəfindən faktla bağlı araşdırma aparılaraq profilaktiki təbirlərlər həyata keçirilməklə hüquq pozuntusunu törətmiş şəxsin barəsində üzr istəmək və xəbərdarlıq etməkdən tutmuş xüsusi təlim-tərbiyə müəssisəsinə göndərməyə kimi hüquqi məsuliyyətin bir növü olan intizam təsir tədbirləri görülə bilər.
Onu da nəzərə alaq ki, video çəkilişdə hüquq pozuntusunun törədilməsinə kənardan təhrikedici hərəkətlər də qeydə alınmışdır. Ona görə də kənardan qızışdırıcı mövqe tutaraq təhrikedici hərəkətlərə yol vermiş şagirdlərin də barəsində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsini məqəsədəmüvafiq hesab edirəm.


Miri Məcidli
Femida.az
Избранный
188
13
femida.az

10Источники