RU

Mən Laçını 12 yaşımda tərk eləmişəm. Qırx üç yaşımda yurduma qayıdıram

“Bu gün hamımız sevincliyik, çünki yurdumuza qayıdırıq”.

“İki sahil” xəbər verir ki, bu sözləri Laçın rayonunun Zabux kəndinin sakini, keçmiş məcburi köçkün Ramin Abbasov deyib.

O, bu xoşbəxt günü məcburi köçkünlərə bəxş edən hər kəsə minnətdarlığını bildirib:

“Allah bütün şəhidlərimizə rəhmət eləsin, Ali Baş Komandanımız İlham Əliyevin, hərbçilərimizin canını sağ eləsin. Hamımız sevinc içindəyik”.

“Mən Laçını 12 yaşımda tərk eləmişəm. Qırx üç yaşımda yurduma qayıdıram. Uzun illərdən sonra ilk dəfə kəndimizə qayıdıram. Zabuxu tərk etməyimizdən uzun zaman keçsə də kəndimiz bu günə kimi yadımdadır. Allah bütün məcburi köçkünlərimizə yurdlarına qayıtmağı nəsib eləsin”, - R.Abbasov deyib.

Qeyd edək ki, bu gün Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola düşüb. Bu mərhələdə Zabux kəndinə daha 30 ailə - 121 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Zabux sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Zabux kəndində 176 ailənin, yəni 688 nəfərin daimi məskunlaşması təmin edilib.

Избранный
805
50
ikisahil.az

10Источники