RU

Hərbçilərin pensiya yaşının artırılmasına dair qanuna dəyişikliklər qəbul edilib

Azərbaycanda hərbçilərin pensiya yaşı artırılır.

İnterpress.az-ın xəbərinə görə, bu, parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsində əksini tapıb.

Qanunda bir sıra dəyişikliklərlə yanaşı, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur.

Sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

Избранный
651
43
interpress.az

10Источники