RU

MEK-də cari il ərzində daxil olmuş ədəbiyyatların sərgisi keçirilir - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) cari il ərzində daxil olmuş ədəbiyyatların sərgisi keçirilir.

Bu barədə "Tehsil.biz"ə MEK-dən bildirilib.

Sərgidə “Heydər Əliyev ili” çərçivəsində çap olunan “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003”, “Azərbaycan Respublikasında kitabxana-infomasiya sahəsinə dair normativ hüquqi sənədlər”, “Heydər Əliyev və Qarabağ”, “Отец Нации”, “Heydər Əliyev və əbədi irsimiz”, 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan olunan Şuşa şəhərinə həsr olunmuş “Şuşa sağlamlıq və sənətkarlıq ocağı”, “Şuşa tarixi-mədəni irsin tədqiqi”, “Şuşa 270 tarixdə”, “Şuşada ikinci ömrüm” və başqa dəyərli nəşrlər sərgilənir.

Həmçinin sərgidə kitabxana sahəsinə dair “2022-ci ildə AMEA Mərkəzi Elmi kitabxanasının fondlarına daxil olmuş ədəbiyyatın biblioqrafik göstəricisi”, “Dünya milli kitabxanaları”, “Науки об информации для библиотекарей”, “Kitabxana və könüllülər – yeni imkanlar məkanı”, eləcə də MEK-in tərtib etdiyi biblioqrafik göstəricilərdən “Əli Abbasov”, “Əminağa Sadıqov”, “Oqtay Səmədov”, “Vaqif Abbasov” və başqa vəsaitlər yer alır.

Bu ayın sonunadək davam edəcək sərgidə müxtəlif elm sahələrini əhatə edən “Müasir Azərbaycan dili”, “Milli iqtisadiyyatda innovasiyaların inkişaf problemləri və perspektivləri”, “Göbələklərin ekologiyası”, “Теория экономического анализа”, “Azərbaycanda sosial sahibkarlığın inkişafı” kimi kitablar da nümayiş olunur.

Sərgilənən ədəbiyyatlar sırasında psixologiya, fəlsəfə, şəxsi inkişaf mövzusunda “Искатели мудрости”, “Şəxsiyyətin azadlığı və məsuliyyəti”, “Психология для реальной жизни”, “Vətəndaşlığın Əlifbası”, “Cavid fəlsəfəsi”, “Azərbaycançılıq və Kitabi Dədə Qorqud dastanı”, “Əbədiyaşar bəşəri fəlsəfə dialoq”, “Dinşünaslığın fəlsəfi əsasları”, “Mülahizələr və söhbətlər” adlı əsərləri xüsusi qeyd etmək olar.

Избранный
282
tehsil.biz

1Источники