RU

Eks-prezidentin nəvəsi narkotikdən istifadəyə görə 2,5 il cəza aldı

Seul məhkəməsi Cənubi Koreyanın keçmiş prezidenti Çun Du-hvanın nəvəsini narkotik maddələrdən istifadə etdiyinə görə 2,5 il şərti cəzaya məhkum edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb.

"Seul Mərkəzi Dairə Məhkəməsi Yunq Vu-vonu (keçmiş prezident Çunq Du-hvanın nəvəsi-red.) Narkotiklərə Nəzarət Qanununu pozmaqda ittiham edilərək, 2,5 il şərti cəzaya məhkum olunub", deyə "Yonhap" bildirib.

Məhkəmə həmçinin onu 120 saat könüllü işləməyə və 80 saat narkotik müalicəsi proqramına məhkum edib.

Məlum olub ki, sabiq dövlət başçısının nəvəsi 2022-ci ilin noyabrından 2023-cü ilin martına qədər ABŞ-da qadağan olunmuş maddələr qəbul edib.

Aydın

Избранный
305
27
qaynarinfo.az

10Источники