RU

Aİ-dən Bolqarıstana1,2 milyard avroluq dəstək

Avropa İttifaqı (Aİ) Komissiyası Bolqarıstana enerji ilə bağlı qrant veriləcəyini açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası Bolqarıstana kömürdən asılılığın azaldılması və “yaşıl enerji”yə keçidi nəzərdə tutan layihələri dəstəkləmək üçün 1,2 milyard avro qrant veriləcəyini açıqlayıb.

Komissiyanın yaydığı açıqlamada, Bolqarıstanın kömür mədənlərinin cəmləşdiyi Köstendil, Stara Zaqara və Pernik şəhərlərində kömür asılılığından "tədricən" imtina etmək və “yaşıl enerji”yə keçidi sürətləndirmək üçün hazırlanan iqlim layihələrinin qəbul edildiyi göstərilir.

Aİ tərəfindən bərpa olunan enerji sərmayələrini təşviq etmək üçün yaradılan Ədalətli Transformasiya Fondundan Bolqarıstana ayrılan 1,2 milyard avro ilə qeyd olunan rayonlarda kömür mədənlərinin mərhələli şəkildə bağlanmasından böhrandan mənfi təsirlənəcək 15 mindən çox insan üçün yeni məşğulluq sahələri və peşəkar bacarıqların yaradılması hədəflənir. 

Verilən dəstəklə bölgədə sənayenin inkişaf etdirilməsi, zərər çəkənlərə maliyyə dəstəyinin göstərilməsi, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı üzərində işlərin görülməsi nəzərdə tutulur.

Избранный
312
18
cebheinfo.az

10Источники