RU

"Erkən və qohum nikahlarla mübarizədə region gənclərinin potensialının artırılması" FOTO

“Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Erkən və qohum nikahlarla mübarizədə region gənclərinin potensialının artırılması" adlı araşdırma, maarifləndirmə, PR və sosial fəaliyyətli layihənin icrasına başlayıb. 3 ay müddətində Ağsu, İsmayıllı, Qəbələ, Ağdaş və Göyçay rayonlarında həyata keçiriləcək layihənin əsas məzmununu yeniyetmə və gənclər arasında erkən və qohum nikahların mənfi nəticələrilə mübarizə və maarfləndirmə sahəsində yerli gənc fəalların fəaliyyət potensialının artırılmasına və onların bilik, bacarıq və təcrübəsinin yüksəldilməsinə dəstək təşkil edir. Layihənin digər bir əsas ideyasını isə əhatə olunacaq bu rayonlarda gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması, möhkəmlənməsi, milli ailə dəyərləri və ənənələrin təbliği istiqamətində gənclərlə işləyən yerli qurumların, təhsil, səhiyyə, aidiyyətli təşkilat, qurum və vətəndaş cəmiyyəti təsisatlarının birgə tövsiyyə və təkliflərinin hazırlanması təşkil edir. Bu fəaliyyətləri (sorğu, araşdırma, təlim, tövsiyyə və təkliflərin hazırlanması, maarifləndirmə, PR, sosial media və s.) həyata keçirərkən yerli icra hakimiyyəti, bələdiyyələr, ailə, qadın və uşaq problemləri ilə məşğul olan təşkilatlar, səhiyyə, təhsil, gənclər və idman, KİV, hüquq-mühafizə orqanları və QHT-lərlə davamlı əməkdaşlıq və tərəfdaşlıq qurulması da nəzərdə tutulur.Layihədə erkən və qohum nikahlarla mübarizədə dayanıqlı və səmərəli təsir mexanizmləri, ictimai qınaq və müdafiə sistemlərinin, eləcə də mövcud sistemdəki boşluqların yeni vasitələrlə aradan qaldırılması metodlarının hazırlanması da nəzərdə tutulur.Layihə çərçivəsində adıçəkilən 5 regionda mövzuya dair gənclər arasında sorğu keçirilməsi, araşdırma aparılması, obyektiv hesabatın hazırlanması, yerli gənc aktivistlər üçün “capacity building” təlimnin keçirilməsi, nəticələrin təhlili, qiymətləndirilməsi və maarifləndirici, təbliğati, PR və sosial media fəaliyyətləri təşkil olunacaqdır. Layihə davamlılıq, gələcək nəticəyönümlü addımlar üçün erkən nikahlar və qohumlar arasında nikahlarla mübarizəyə və onlara çevik reaksiya verməkdən, onların yayılma arealını azaltmaq üçün təsir mexanizmlərinə dair təklif, tövsiyyə və dayanıqlı fəaliyyət modullarının hazırlanmasını da nəzərdə tutur. Layihədə AR Gənclər və İdman Nazirliyi, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və onların regional idarə və mərkəzləri, yerli icra hakimiyyətləri, Gənclər evləri və Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəlikləri ilə tərəfdaşlıq qurulacaqdır.

Избранный
275
sesqazeti.az

1Источники