RU

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 31 % artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 436 533 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

MediaPost İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 % çoxdur.

11 aylıq göstəricinin 67 968-i ilkin, 368 565-i isə təkrar qeydiyyatın payına düşüb.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 49 328, mənzil üzərində 86 545, torpaq sahəsi üzərində 290 306, qeyri-yaşayış binası üzərində 2 904, qeyri-yaşayış sahəsi üzərində 6 689, əmlak kompleksi üzərində 673, çoxmərtəbəli yaşayış binası üzərində isə 88 mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 91 029-u Bakının, qalanı isə bölgələrin payına düşüb.

Yanvar-noyabr aylarında 347 348 texniki pasport tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,2 % çoxdur.

Son 1 ildə qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,3 % artaraq 74 281-ə çatıb.

Xəbərlər departamenti

Избранный
81
6
mediapost.az

10Источники