RU

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri üçün mentorluq proqramına başlanılıb

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri idarəçi rəhbərlər tərəfindən onlara təqdim olunan birillik fərdi inkişaf planının icrasına başlayıblar.

Oxu.Az xəbər verir ki, müsabiqənin İşçi Qrupu mentorlar və qaliblərin bölgüsünü müəyyənləşdirib.

Müsabiqənin şərtlərinə əsasən, 22 qalibin hər biri birillik mentorluq proqramı çərçivəsində müvafiq idarəçi rəhbərlər tərəfindən təcrübələrə cəlb olunacaq. Hər bir qalib ümumilikdə iki idarəçi rəhbərin mentorluq təcrübəsindən yararlanacaq.

Mentorluq proqramının bölgüsü aşağıdakı kimidir:

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov

Qaliblər: Sübhan Əsgərzadə, Tural Abdullazadə;

İqtisadiyyat naziri Mikayıl Cabbarov

Qaliblər: Fərid İsayev, Əsəd Qurbanzadə;

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev

Qaliblər: İlahə Baxışova Tahirli, Toğrul Ələkbərov;

Elm və təhsil naziri Emin Əmrullayev

Qaliblər: Rəsul Həşimov, İlahə Baxışova Tahirli;

Gənclər və idman naziri Fərid Qayıbov

Qaliblər: Rəsul Həşimov, Bayram Orucov, Səkinə Vəliyeva;

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev

Qaliblər: Şahin Mahmudzadə, Azad Qəribov;

Mədəniyyət naziri Adil Kərimli

Qaliblər: Toğrul Ələkbərov, Tural Abdullazadə;

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov

Qaliblər: Faiq Hüseynov, Vüqar Mamedov;

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov

Qalib: Emil Bəşirov;

SOCAR-ın prezidenti Rövşən Nəcəf

Qaliblər: Emil Bəşirov, Fərid İsayev;

“Pasha Holding”in Baş icraçı direktoru Cəlal Qasımov

Qaliblər: Elvin Əlizadə, Ülviyyə Mehralıyeva;

“AzerGold” QSC-nin sədri Zakir İbrahimov

Qalib: Vüqar Mamedov;

ADA Universitetinin rektoru Hafiz Paşayev

Qaliblər: Bayram Orucov, Toğrul İslam;

Mərkəzi Bankın sədri Taleh Kazımov

Qaliblər: İbrahim Məmmədzadə, Fərahim Hacıyev;

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov

Qaliblər: Şahin Mahmudzadə, Mirzə Ələkbər Babayev;

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev

Qalib: Əsəd Qurbanzadə;

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə

Qaliblər: Şamxal Cəmilzadə, Səkinə Vəliyeva;

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov

Qaliblər: Mirzə Ələkbər Babayev;

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev

Qalib: Xanım Daşdəmirova;

Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev

Qalib: Azad Qəribov;

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə

Qaliblər: Şamxal Cəmilzadə, Ülviyyə Mehralıyeva;

Vəkillər Kollegiyasının sədri Anar Bağırov

Qaliblər: İbrahim Məmmədzadə;

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov

Qalib: Faiq Hüseynov;

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov

Qalib: Toğrul İslam;

bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli

Qaliblər: Xanım Daşdəmirova, Sübhan Əsgərzadə;

“Pasha Bank”ın İdarə Heyətinin sədri Cavid Quliyev

Qalib: Fərahim Hacıyev.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində pul mükafatı əldə edir.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Избранный
110
9
oxu.az

10Источники