RU

12 il öncə boşandığı arvadını və övladlarını qumbara ilə partladıb öldürməyə cəhd edən şəxsə hökm oxundu

12 il öncə boşandığı arvadını və övladlarını qumbara ilə partladıb öldürməyə cəhd edən şəxsə hökm oxundu

12 il öncə boşandığı həyat yoldaşını, qayınanasını və övladlarını qumbara ilə partladıb öldürməyə cəhddə təqsirləndirilən İntizam Nəcəfova hökm oxunub.

"Report"un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, İntizam Nəcəfov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Orxan Səmədov ittiham nitqi ilə çıxış edərək təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda Pirşağı qəsəbəsindəki evlərdən birində baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü İntizam Nəcəfov ailəsi ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat yoldaşı ilə görüş tələb edib.

Partlayış səsinə qonşular gəlib və dərhal polisə məlumat verilib. İntizam Nəcəfova ikinci qumbaranı partlatmağa imkan verilməyib, həmçinin onun keçmiş ailə üzvləri qapını açmayaraq evdə gizləniblər. Nəcəfovla Əhmədovanın birgə nikahından üç övladı var.

İntizam Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Избранный
51
11
sonxeber.az

10Источники