RU

GÖVHƏR HƏSƏNZADƏ BEYNƏLXALQ TƏŞKİLATA SƏDR SEÇİLDİ

15 dekabr 2023-cü il tarixində Avrasiya Hüquq sahibləri Təşkilatları Konfederasiyasının (AHTK) – (Евразийская Конфедерация Обществ Правообладателей- ЕАКОП) Baş Assambleyasının ilin yekunlarına həsr edilmiş növbəti geniş tərkibli iclası baş tutmuşdur.



“Müəllif Hüquqları Uğrunda” İctimai Birliyindən Tribunainfo.az-a verilən məlumata görə tədbirdə Təşkilata üzv dövlətlərdən (Rusiya, Çin, Türkiyyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Belarus, Moldova)müəllif hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən ən böyük Kollektiv İdarəetmə Təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak etmişlər. İclas zamanı 2022-2023-cü illər ərzində görülmüş işlərə dair hesabatlar dinlənilmiş, gələcək fəaliyyət planları müzakirə olunmuş, Konfederasiyanın  yeni Baş direktoru və Rəyasət Heyəti seçilmişdir:“Tədbir iştirakçıları arasında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin (COPAT) tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin (ƏMHTM) koordinasiyası ilə fəaliyyət göstərən Müəllif Hüquqları Uğrunda İctimai Birliyi  (MHU İB) və Azərbaycan Professional Kinorejissorlar Gildiyasının (Gildiya) nümayəndələri də olmuşlar. MHU İB İdarə Heyətinin sədri, görkəmli bəstəkar Gövhər xanım Həsən-zadə şəxsində,  Azərbaycan Professional Kinorejissorlar Gildiyası (Gildiya) isə direktoru, tanınmış rejissor Şahirə xanım Tacəddin şəxsində təmsil edilmişdir.Avrasiya Hüquqsahibləri Təşkilatlarının Konfederasiyası 2017-ci ildə təsis edilmiş, Avrasiya İqtisadi Birliyi, MDB, BRİKS və bir sıra ölkələrin ərazisində müəlliflik və əlaqəli hüquqların kollektiv idarəsi və mühafizəsini təmin etmək məqsədi ilə təşkil edilmiş təşkilatların birliyidir.Konfederasiya regionda müəlliflik və əlaqəli hüquqlar sahəsində fəaliyyət göstərən ən mötəbər qurumlardan biri olaraq özündə üzv dövlətlərin ən böyük müəllif hüquqları təşkilatlarını birləşdirir. Konfederasiya üzvü olan təşkilatlar sırasına Rusiya Müəlliflər Cəmiyyəti (Российское Авторское Общество (РАО)), Ümumrusiya Əqli Mülkiyyət Təşkilatı (Всероссийская Организация Интеллектуальной Собственности (ВОИС)), Rusiya Müəllif Hüquqları Sahibləri İttifaqı (Pоссийский союз правообладателей (РСП)), Qırğızıstan Respublikasının Nazirlər Kabineti yanında Əqli Mülkiyyət və İnnovasiyalar üzrə Dövlət Agentliyi (Государственное агентство интеллектуальной собственности и инноваций при Кабинете Министров Кыргызской Республики (Кыргызпатент)), Belarus Respublikasının Milli Əqli Mülkiyyət Mərkəzi (Национальный центр интеллектуальной собственности Республики Беларусь (НЦИС)),  Türkiyə Respublikasının Elmi və Ədəbi Əsər Sahibləri Peşə Birliyi (İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği (İLESAM)) və Türk Musiqi Əsər Sahibləri Peşə Birliyi (Türkiye Musiki Eseri Sahipleri Meslek Birliği (MESAM)), Qazaxıstan Respublikasının Müəllif və əlaqəli hüquqların müdafiəsi “AMANAT” Qeyri Hökümət Təşkilatı (AMANAT), Özbəkistanın “Müəlliflik hüququ və əlaqəli hüquqların sahibləri” İctimai Birliyi (Общественное объединение «Обладателей авторских и смежных прав Узбекистана» (UzAvtor)), Çin Ədəbiyyat Müəllifləri Cəmiyyəti (Китайское литературное авторское общество)  daxildir.Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Konfederasiya beynəlxalq əməkdaşlıq imkanlarını hər il daha da genişləndirməkdədir. Belə ki, Konfederasiya Ərəb ölkələri və Latın Amerikasındakı mövcud müəllif hüquqları alyansları ilə əlaqələr qurmuş, 2019-cu ildə isə Avrasiya məkanında əqli mülkiyyət üzrə keçirilən ən böyük beynəlxalq strateji foruma həmtəşkilatçılıq etmişdir.Konfederasiya müəllif hüquqları sahəsində fəaliyyət göstərən CISAC (Müəllif və Bəstəkarlar Cəmiyyətlərinin Beynalxalq Konfederasiyası) və WIPO (Ümumdünya Əqli Mülkiyyət Təşkilatı) kimi beynəlxalq təşkilatların akreditə olunmuş üzvü olmaqla yanaşı, Writers & Directors Worldwide (“Dünya yazıçıları və rejissorları”) və IFRRO kimi qlobal təşkilatlarla da rəsmi əməkdaşlıq edir.Konfederasiyanın 15 dekabr 2023-cü il tarixində keçirlən iclasında  Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi yanında Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru – Nəcəf Zakir oğlu Quliyev  və  “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin İdarə Heyətinin Sədri  – Gövhər Sudef qızı Həsən-zadə geniş məlumatlı çıxış etmişlər.Qeyd etmək lazımdır ki, Konfederasiya tərəfindən Azərbaycan ilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə  xüsusi əhəmiyyət verilir. Təsadüfi deyildir ki, 2023-cü il 15 dekabr tarixində baş tutan iclasda MHU İB və Gildiyanın AHTK-ya üzv olmalarına dair açıq səsvermə keçirilmiş və hər iki təşkilatımız Konfederasiyaya yekdilliklə qəbul olunmuşdur. Eyni zamanda, Konfederasiyanın Baş katibi Andrey Borisoviç Kriçevskiy Təşkilatın hazırda vakant olan Baş direktoru vəzifəsinə Gövhər Südef qızı Həsən-zadənin namizədliyini irəli sürmüş və səsvermə nəticəsində G.Həsənzadə yekdilliklə Konfedrasiyanın yeni Baş direktoru seçilmişdir. Konfederasiyanın Prezidiumuna ƏMHTM-nin direktoru Nəcəf Quliyev və direktorun müşaviri Rüfət Səfərəliyevin daxil edilmələrinə dair irəli sürülən təklif mütləq səs çoxluğu ilə qəbul olunmuş Konfederasiyanın Rəyasət Heyəti aşağıdakı tərkibdə təsdiq edilmişdir:AHTK -nin Rəyasət Heyəti:Nəcəf Zakir oğlu Quliyev (Azərbaycan);Rüfət İsmayıl oğlu Səfərəliyev (Azərbaycan);Yaşar Baxış (Azərbaycan);Dorofeeva İrina Arkadyevna (Belarus);Maksim Lesnikov (Qazaxıstan);Viktor Alekseyeviç Aslaxanov (Qazaxıstan);Mars Seilbekoviç Sulenov (Qazaxıstan);Borbiev Bek Smanoviç (Qırğızıstan);Çjou Daxin (Çin);Viktor Yakovleviç Drobış (Rusiya);İqor Mixayloviç Butman (Rusiya);Aleksandr Vladimiroviç Çaykovski (Rusiya);Nurulla Çetin (Türkiyə);Səmədov Əlihan (Türkiyə);Usmanova Lola Axmetovna (Özbəkistan).Konfederasiya özünün məqsədləri içərisində proseslərin avtomatlaşdırılması və qonorarların bölüşdürülməsini təkmilləşdirmək üçün xüsusi proqram təminatı hazırlanmasını prioritet olaraq müəyyən etmişdir.“Hazırda Konfederasiya müəllif hüquqlarının müdafiəsi ilə bağlı müasir dövrün tələblərinə cavab verən informasiya texnologiyalarına və bu sahədə xüsusi texniki həllərə nail olunması imkanlarına sahibdir. Belə ki, Konfederasiyanın sahib olduğu proqram təminatları televiziya və radio da daxil olmaqla musiqi məzmununun qlobal istifadəsi zamanı monitorinqin təşkilinə, istənilən əqli mülkiyyət obyektinin depozitə qoyulması, onların iqtisadi dövriyyəyə daxil edilməsi, habelə ƏM hüquqlarının pozulmasının qarşısının alınmasına, eyni zamanda müəllif qonorarlarının müəyyənləşdirilməsi və bölüşdürülməsinin avtomatlaşdırılmasına imkan verir. Vurğulanmalıdır ki, qeyd edilən proqram təminatlarının maddi dəyəri milyonlarla ölçülə bilər və həmin proqram təminatlarının istifadəsi üçün MHU İB-ə təqdim edilməsi ilə bağlı razılıq əldə edilmişdir.Bununlu da hesab edə bilərik ki, Azərbaycan müəllif hüquqlarının qorunması sahəsində rəqəmsal dövrdə mövcud informasiya texnologiyalarına çıxış əldə etməklə bu sahədə mühüm bir sıçrayış etmiş olacaq. Belə ki, Azərbaycan müəlliflərinin əsərlərinin yerli və beynəlxalq səviyyədə icazəsiz istifadəsinin qarşısı alınacaq, bu kimi hallara yol verən şəxslər barəsində müvafiq məsuliyyət tədbirləri görülməsi imkanı artacaq və müəlliflərə onların əsərləri üçün ödənməli olan qonorarın ədalətli və düzgün bölüşdürülməsi ilə bu sahədə də şəffaflığa nail olunacaqdır.Proqram təminatın inteqrasiya prosesi bitdikdən sonra müəlliflərin xeyrinə yığımların həyata keçirilməsini və avtomatik bölünməsi təşkil edilə biləcəkdir. Konfederasiyanın təqdim etdiyi imkanlardan yararlanmaqla artıq rəqəmsal platformalarda Azərbaycan musiqisinin, o cümlədən digər müəllif əsərlərinin icazəsiz istifadə edilməsinin qarşısının alınmasında inqilabi dəyişikliklərə və operativliyə nail oluna bilər. Bununla qısa müddətdə rəqəmsal platformalarda əsərdən istifadə edilməsi faktı müəyyən edilməklə müəllif hüquqlarının müdafiəsi mexanizmi optimallaşdırılmış olacaqdır.Qeyd etmək istərdik ki, sözügedən proqram təminatlarının inteqrasiya edilməsi və Azərbaycan Respublikasında effektiv istifadəsinə nail olunulması ilə bağlı MHU İB əsas məsuliyyətli qurum kimi müəyyən edilmişdir. Çox böyük məmnunluq hissi ilə Azərbaycan müəlliflərinin gələcək rifahı və Azərbaycan mədəniyyəti üçün mühüm əhəmiyyətə malik bu məsuliyyətli vəzifənin icrasında bütün mümkün səylərimizi əsirgəmədən sərf edəcəyimizi bəyan edirik”.

Избранный
619
3
yenilik.az

4Источники