Bu il Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı 10 minə çatdırılıb.
“İki sahil” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu, Azərbaycan təhsili tarixində rekord rəqəmdir: "Son illərdə xarici vətəndaşlar üçün təhsil müəssisələrinə müraciət və yaşayış icazələrinin alınması üçün xeyli iş görülüb".