RU

2024-cü il üçün ehtiyac meyarı 270 manat məbləğində olacaq

2024-cü

Bakı, 26 dekabr, AZƏRTAC

Azərbaycanda 2024-cü il üçün ehtiyac meyarının həddi müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu təsdiqləyib.

Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.

Qanunun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

 

Избранный
162
30
azertag.az

10Источники