Azərbaycanda 2024-cü il üçün ehtiyac meyarının həddi müəyyən edilib.
Prezident İlham Əliyev bununla bağlı Qanunu təsdiqləyib.
Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.
Qanunun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.