RU

“Kütlə üçün, ümumiyyətlə, rejissura anlayışı yox səviyyədədir” - ŞƏRH

Son zamanlar cəmiyyət, xüsusən yaşlı nəsil gənc rejissorların yetişmədiyindən, gənclər isə dəstək görməməkdən şikayətlənirlər. 

Bəs, bu konfliktin mənbəyi nədir və həlli nədədir?

Bununla bağlı rejissor, aktyor Mir Sahib Ağazadə MediaPost-a açıqlama verib. Rejissorun sözlərinə görə, az bir qism tamaşaçı var ki, sənətə birbaşa sənət kimi qiymət verə bilir:

alt

“Gənc rejissorlar da yetişir, işləri və nailiyyətləri ilə gündəmə də gəlirlər. Sadəcə cəmiyyətin fərqli dəyərləndirmə meyarları var. Kütlə üçün, ümumiyyətlə, rejissura anlayışı yox səviyyədədir. Onlar üzdə olan prosesi, yəni aktyor, müğənni və aparıcının timsalında təqdimatı görürlər. Ona qədərki yaradıcı proses onlar üçün maraqlı deyil. Hər şeyə zahiri proses baxımından qiymət verirlər. Müəyyən qismi isə vizual tərəfdən dəyərləndirir. Geyimlər, səhnə tərtibatı, gözoxşayan işıq həlli və s. Az bir qism tamaşaçı var ki, sənətə birbaşa sənət kimi qiymət verə bilir. Ədəbi materialı da, rejissor yozumunu, bədii həllini də, aktyorun oyununu da insafla, obyektiv dəyərləndirir. Rejissor tamaşaquran, tədbirquran deyil. Rejissor işi bir tərzdir, fərqli təfəkkürdür”.

Fidan Ramazan

Избранный
91
45
mediapost.az

10Источники