RU

Neft bahalaşır: Beynəlxalq daşımalar təhlükə altında!

Brent markalı neftin bir barelinin qiyməti 79,09 dollardır
Sitat.info xəbər verir ki, cümə günü 80,10 dollara kimi bahalaşan Brent markalı neftin barel qiyməti günü 78,80 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 09.11-də bağlanış vaxtı ilə müqayisədə 0,37 faiz artaraq 79,09 dollar olub. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir bareli 73,80 dollara satılıb.
Milad bayramı ilə əlaqədar dünən neft bazarlarında əməliyyat olmayıb. Yəməndə husilərin Qırmızı dənizdəki gəmiləri hədəfə almaları neft qiymətlərinə təsirini davam etdirir. İsrailin Qəzza zolağına hücumları və qlobal neft ehtiyatlarının böyük hissəsini özündə cəmləşdirən Yaxın Şərqdə gərginliyin artması neft qiymətlərinin yüksələn hərəkətini dəstəkləyir.




Husilərin hərbi sözçüsü Yəhya Seri noyabrın 19-da X hesabında İsrailin blokada altındakı Qəzza zolağına hücumlarına cavab olaraq İsrail bayraqlı istənilən gəmini hədəf alacaqlarını açıqlayıb. Dünyanın ən böyük konteyner şirkəti İtaliya-İsveçrə müştərək Aralıq dənizi Gəmiçiliyi (MSC), Maersk, Alman gəmiçilik şirkəti Hapag-Lloyd, Fransız gəmiçilik şirkəti CMA CGM və İngilis enerji şirkəti BP təhlükəsizlik üçün Qırmızı dənizdəki bütün səfərlərini dayandırdıqlarını açıqlayıblar. Qırmızı dənizdə ticarət gəmilərinə edilən hücumlar və şirkətlər tərəfindən verilən ardıcıl qərarlar qlobal təchizat zənciri böhranı ilə bağlı narahatlıqları artırdığı üçün, problemin enerji daşımalarını da əhatə edə bilməsi ehtimalı qiymətləri yüksəltdi.




Bildirilir ki, texniki olaraq Brent markalı neftin 79,21 ilə 79,27 dollar arasındakı diapazonu müqavimət, 78,99 ilə 78,94 dollar arasındakı diapazonu isə dəstək zonası kimi izləmək olar. 
Nərgiz,
Sitat.info
 

Избранный
270
36
sitat.info

10Источники