RU

PKK/YPG terror hədəflərinə qarşı hərtərəfli əməliyyatlar başladılıb - TÜRKİYƏ XİN

Türkiyə Suriyadakı əməliyyat zamanı silahlı pilotsuz uçuş aparatının (PUA) qəzaya uğramasının separatçı terror təşkilatı PKK/YPG-yə qarşı əməliyyatın icrasına təsir etmədiyi açıqlanıb.Azadmedia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, mövzu ilə bağlı Xarici İşlər Nazirliyindən verilən açıqlamada 1 oktyabr 2023-cü ildə paytaxt Ankarada törədilən terror aktından sonra özünümüdafiə hüquqları çərçivəsində İraq və Suriyadakı PKK/YPG terror hədəflərinə qarşı hərtərəfli əməliyyatların başladıldığı xatırladılıb. Belə ki, bu çərçivədə dünən Suriyanın şimalındakı Tel Rıfat, Cizirə və Derik bölgələri başda olmaqla separatçı terror təşkilatına aid bir çox hədəfin məhv edildiyi vurğulanıb. Qeyd edək ki, həmin bəyanatda bildirilib ki, sözügedən hadisə davam edən əməliyyatın icrasına və müəyyən edilmiş hədəflərin vurulmasına heç bir təsir göstərməyib.

Избранный
377
13
yenimedia.az

10Источники