RU

Türkiyə parlament komitəsi İsveçin NATO-ya daxil olmasını dəstəklədi

Türkiyə parlamentinin xarici əlaqələr komitəsi bugünkü keçirilən iclasında İsveçin NATO-ya qoşulması ilə bağlı protokolun ratifikasiyasını dəstəkləyib.

Azpost.info xəbər verir ki, AP agentliyi məlumat yayıb.

Fuat Oktayın sədrliyi ilə keçən iclasda xarici işlər nazirinin müavini Burak Akçapar İsveçin NATO-ya daxil olması prosesi barədə komissiyaya məlumat verib, deputatlar qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər.

Müzakirələr başa çatdıqdan sonra İsveçin NATO-ya qoşulması Protokolunun ratifikasiyasını təsdiq edən qanun qəbul edilib.

Azpost.info

Избранный
657
50
azpost.info

10Источники