RU

Qarabağ və Şərqi Zəngəzurda su anbarlarının təmir-bərpası ilə bağlı aparılan işlər açıqlanıb

Bu il işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün ayrılan vəsait hesabına Tərtər rayonu ərazisində yerləşən Suqovuşan, Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarları, o cümlədən Tərtərçay sol sahil kanalının təmir-bərpası işləri başa çatdırılıb, Köndələnçay 1, Köndələnçay 2 və Aşağı Köndələnçay su anbarlarının təmir-bərpa işlərinin isə yaxın günlərdə tamamlanması nəzərdə tutulub.

MediaPost xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov qurumun ilin yekunları ilə bağlı keçirdiyi tədbirdə deyib.

O qeyd edib ki, ötən müddət ərzində Laçın rayonu ərazisində yerləşən Zabuxçay su anbarının tikintisi davam etdirilib:

"Qız qalası su anbarından sugötürən magistral kanalın, Həkəriçay və Bərgüşadçay su anbarları və onlardan qidalanan kanalların inşası işlərinə isə önümüzdəki illərdə başlanılması nəzərdə tutulub. Qeyd olunan layihələr Azərbaycanda su təchizatı probleminin həllində çox böyük uğur olmaqla yanaşı regionların, xüsusən də Qarabağ və Şərqi Zəngəzur rayonlarının sosial-iqtisadi inkişafına önəmli töhfədir".

Xəbərlər departamenti

Избранный
19
15
mediapost.az

10Источники