Demokrat.az xəbər verir ki, gələn il ARDNF-in büdcə gəlirlərinin bu ilin proqnozu ilə müqayisədə 26,1% az - 12 073,3 milyon manat, büdcə xərclərinin isə bu ilin proqnozu ilə müqayisədə 8,9% çox - 12 900,2 milyon manat olacağı gözlənilir.
2024-cü ildə ARDNF-in gəlirlərinin 8 146,2 milyon manatını və yaxud 67,5%-ni neft-qaz satışından əldə olunacaq xalis gəlirlər təşkil edəcək. Eyni zamanda, Fond akrhesabı ödənişlərdən 3,6 milyon manat, trazitdən 24,2 milyon manat, bonus ödənişlərindən 767,2 milyon manat, vəsaitinin idarə olunmasından isə 3 132 milyon manat gəlir əldə edəcək.
Gələn il ARDNF-in xərclərinin 12 781 milyon manatını və yaxud 99,1%-ni dövlət büdcəsinə transfertlər təşkil edəcək. Bundan başqa, Fond "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na 33,5 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"na 47,5 milyon manat, özünün idarə edilməsinə isə 38,2 milyon manat xərcləyəcək.
10Источники
-
demokrat.azNeft Fondunun da büdcəsi təsdiq edildi ( 2412537)
-
7news.azPrezident ARDNF-nin gələnilki büdcəsini təsdiq edib ( 2411691)
-
aznews.azPrezident ARDNF-nin gələnilki büdcəsini təsdiq edib ( 2411466)
-
konkret.azNeft Fondunun da büdcəsi təsdiq edildi ( 2411445)
-
nocomment.azPrezident ARDNF-in gələnilki büdcəsini təsdiq edib ( 2411157)
-
interpress.azPrezident ARDNF-nin gələnilki büdcəsini təsdiq edib ( 2410962)
-
xezerxeber.azPrezident ARDNF-nin büdcəsiniTƏSDİQLƏDİ ( 2410134)
-
veteninfo.azPrezident ARDNF-in gələnilki büdcəsini təsdiq etdi ( 2409978)
-
paralel.azNeft Fondunun da büdcəsi təsdiq edildi ( 2409630)
-
poliqon.azPrezident ARDNF-in gələnilki büdcəsini təsdiq edib ( 2409516)