RU

"Bu, bizim üçün mühüm nailiyyət, Paris üçün ciddi fiaskodur" - Bakı Fransa şəbəkəsini necə çökdürdü?


Azərbaycan Fransa səfirliyinin iki əməkdaşını “persona non grata” elan etdi. Xarici İşlər Nazirliyinə çağırılan Fransanın Azərbaycandakı səfiri Ann Buayondan həmin şəxslərin 48 saat ərzində ölkəni tərk etmələri tələb edilib. Bundan başqa, xanım səfirə müvafiq nota təqdim edib.

Mövzunu "MediaPost"a şərh edən politoloq Turan Rzayev bildirib ki, Azərbaycan xüsusi xidmət orqanlarının keçirdiyi sonuncu əməliyyatlar fonunda bu qərar diqqət çəkir: "Belə ki, yüksək peşəkarlıqla təşkil edilən əməliyyatlar nəticəsində Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini icra edən onlarla Fransa xəfiyyəsi aşkarlanıb.

alt

Əməliyyatlar çərçivəsində onlardan bəzilərinin saxlanıldığı, bəzilərinin istintaq altında olduğu məlum idi. Görünür, saxlanılanlar Fransa xəfiyyəsi olduqlarını etiraf ediblər. Onların birbaşa Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) ilə əlaqədə olması, Fransa səfirliyindən koordinasiya edilməsi istisna deyil. Maraqlıdır ki, Fransa rəsmi olaraq nə Azərbaycan xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatlarla, nə saxlanılan xəfiyyələrlə, nə də Fransa səfirliyinin iki əməkdaşının “persona non grata” elan edilməsi ilə bağlı reaksiya verib. Buna baxmayaraq, rəsmi Parisin baş verənlərdən narahat olduğu bəllidir. Bunun real göstəricisi isə Fransa Prezidenti Emmanuel Makronun DGSE rəisi Bernar Emyeni vəzifəsindən azad etməsidir".

Politoloqun sözlərinə görə, indiki məqamda Fransa Azərbaycanın əldə etdiyi məlumatlardan ciddi narahatdır: "Çünki ələ keçirilən materialların məxfilik dərəcəsi hələlik bəlli deyil. Lakin reallıq budur ki, Azərbaycan xüsusi xidmət orqanları DGSE-nin mühüm bir kəşfiyyat şəbəkəsini çökdürdü. Bu bizim üçün mühüm nailiyyət, Fransa və DGSE üçün ciddi bir fiaskodur. Prinsip etibarilə Fransa bundan öncə də rəsmi Bakıya bir neçə aspektdə məğlub olub. Misal üçün, Parisin Ermənistan-Azərbaycan sülh prosesində vasitəçilik missiyası rəsmi Bakı tərəfindən qəbul edilmədi. Bundan başqa, Fransanın Azərbaycana qarşı BMT TŞ-də qətnamə qəbul etmə cəhdləri də Bakının uzaqgörən siyasəti və usta siyasi həmlələri ilə nəticəsiz qaldı. Bütün bunların fonunda Fransa agenturasının çökdürülməsi növbəti tarixi uğurdur".

Müşviq Tofiqoğlu

Избранный
323
50
mediapost.az

10Источники