RU

“Şəhərsalma Nəzarəti” altsistemi yaradılacaq

Azərbaycanda şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemində dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsini təmin edən "Şəhərsalma Nəzarəti" altsistemi yaradılacaq. SİA xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi"nin təsdiq edilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında fərmanda öz əksini tapıb.Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Şəhərsalma Nəzarəti" altsisteminin formalaşdırılmasını 2026-cı il yanvarın 1-nə qədər təmin etməli, aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin altsistemə çıxışını təmin etməlidir.Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə həmin altsistemin informasiya təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir."Şəhərsalma Nəzarəti" altsistemi vasitəsilə yerinə yetiriləcək hərəkətlərlə bağlı müddəalar 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

Избранный
93
39
sesqazeti.az

10Источники