Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) “Agents Tim” MMC-yə verdiyisığorta agenti lisenziyasının qüvvəsini 3 ay müddətinədayandırıb.
Bu barədə Trend-ətənzimləyici qurumdan bildirilib.
Məlumata görə, bu qərar dekabrın 26-da “Sığorta fəaliyyətihaqqında” qanuna uyğun olaraq qəbul edilib.
Lisenziyaların qüvvəsi verilmiş təqdimat vaxtında və tam yerinəyetirilmədiyi üçün dayandırılıb.