RU

Fransa və erməni lobbisi çıxılmaz durumda: Paris qərəzli təşkilatların ümidinə qalıb - ŞƏRH + FOTO

Azərbaycan və Türkiyəyə qarşı qərəzli, çirkin təbliğatın arxasında uzun illərdir məhz Fransa və erməni lobbisi “cütlüy”ü dayanır. Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə “cütlüy”ün planlarını pozsa da, onlar qərəz və böhtan kampaniyasını davam etdirməkdədirlər, himayələrində olduqları qurumlar və təşkilatlar vasitəsilə anti-Azərbaycan fəaliyyətini genişləndirməyə çalışırlar. Erməni lobbisi və Fransanın himayəsi altında olan Beynəlxalq Xristian Həmrəyliyi (CSI) təşkilatı Bakıya qarşı qərəzli kampaniya və çirkin təşəbbüslə çıxış edib. Təşkilat Beynəlxalq Olimpiya Komitəsini Azərbaycan yığmasının və rəsmilərinin 2024-cü il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakına qadağa qoymağa çağırıb. Qurumun direktoru Con Ayber və CSI-ın Fransa nümayəndəliyinin rəhbəri Ancelik Qurle qərəzli kampaniyanın əsas təşkilatçılarıdır. Onların gətirdikləri səbəblərlə isə əsl mahiyyətlərini ortaya qoyublar. Bakıya qarşı yeni kampaniyada da Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərinin nəticələrindən istifadə olunur.

Təşkilatın fəaliyyətinə nəzər saldıqda onun bütün mahiyyəti, iç üzü ortaya çıxır. Baş ofisi erməni lobbisinin sıx məskunlaşdığı ABŞ-nin Kaliforniya ştatıdır. Hədəf kimi də dini repressiya qurbanlarının hüquqlarının qorunması, təbii fəlakətlərdən zərərçəkənlərə qarşı mübarizə olduğu iddia olunub. Halbuki, 1977-ci ildə fəaliyyətə başlayan təşkilatın bütün işi din pərdəsi adı altında gizlədilib. Təşkilat Misir, İraq, işğal dövründə Qarabağ ərazisi, Latın Amerikası və s. bölgələrdə aktivlikləri ilə yadda qalıb. Dinlər arasında qarşıdurma və pozuculuq üzrə ixtisaslaşan təşkilat işini müxtəlif dövlətlərin maraqlarının ifadəçisi üzərində qurub.

Beynəlxalq Xristian Həmrəyliyi təşkilatının fəaliyyətində keçmiş Ermənistan-Azərbaycan münaqişəsi xüsusi yer tutur. Münaqişənin başladığı illərdə birtərəfli qaydada ermənilərin işğal aksiyalarını dəstəkləyib, bir milyondan artıq insanın qaçqın və məcburi köçkün düşməsinə bir dəfə də olsun reaksiya verməyib, xristian təəssübkeşliyindən çıxış edib, münaqişəyə dini don geyindirib. 1992-93-cü illərdə dəfələrlə Azərbaycan sərhədlərini pozaraq separatçı qüvvələrə yardım adı altında ən müxtəlif dəstək vasitələri verib. Xocalı soyqırımına münasibət bildirməməsi isə onların fəaliyyətinin ən iyrənc səhifəsidir. Yüzlərə insanın qətlə yetirilməsi faktına, sadəcə, səssizlik nümayiş etdirib. Münaqişə illərində ermənipərəst mövqeyi ilə seçilən Andrey Saxarov Fondu ilə birlikdə işğal altında olan Azərbaycan torpaqlarında yalnız erməni sakinlərə yardımlar və köməklik göstərib. Adıçəkilən fond da bəlli olduğu kimi, Saxarovun erməni xanımı Yelena Bonner tərəfindən idarə olunub. Təşkilatın münaqişənin ilk illərində aktiv əməkdaşlıq etdiyi şəxslər sırasında məşhur ermənipərəst şəxslər - Baronessa Kerolayn Koks və Con Eybner də olub.

Beynəlxalq Xristian Həmrəyliyi təşkilatı azərbaycanlılar öz doğma torpaqlarından qovulduqları halda “Etnik təmizləmə prosesdə: Dağlıq Qarabağda müharibə” başlıqlı bədnam hesabat hazırlayıb. İkinci Qarabağ müharibəsi və sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən sonra isə Azərbaycana qarşı çirkin təbliğat maşını geniş start götürüb. Bakıda məhkəmələrini gözləyən Ruben Vardanyanı xeyriyyəçi, separatçıların liderlərini erməni “milli xadimləri” adlandırır.

Ümumiyyətlə, bu təşkilat təkcə Azərbaycana münasibətdə deyil, digər müsəlman ölkələrinə qarşı da qərəzlidir. Məsələn, ABŞ-nin İraqa müdaxiləsinin başladığı 2003-cü ildə birtərəfli qaydada yalnız xristian ailələrinə yardımlar göstərib, minlərlə müsəlmanın öldürülməsinə, qanına qəltan edilməsinə göz yumub. Eləcə də, CSI-ın Sudanda kölələri azad etmək üçün fəaliyyəti sərt tənqid edilib. 1999-cu ildə UNICEF bu praktikanı “dözülməz” adlandıraraq, bunun köləliyin “uzunmüddətli həlli” olmadığını bildirib və təşkilatı insanların satın alına biləcəyini dolayısı ilə qəbul etməkdə günahlandırıb. Beynəlxalq Xristian Həmrəyliyi təşkilatı hətta silah alverində ittiham edilib. “Human Rights Watch” da tənqidçilər sırasında olub. 2002-ci ildə ABŞ Dövlət Departamentinin bu məsələ ilə bağlı hesabatında deyilirdi ki, Beynəlxalq Xristian Həmrəyliyi təşkilatının fəaliyyəti insan hüquq və azadlıqları ilə ziddiyyət təşkil edir.

Görünən odur ki, Paris və erməni lobbisi Azərbaycanla bağlı siyasətləri iflasla nəticələndiyindən bu cür çirkin təşəbbüslərlə çıxış edirlər. Qeyd edək ki, Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşı diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə “persona non grata” (arzuolunmaz şəxs) elan olunub. Xarici İşlər Nazirliyinə dəvət olunan Fransa səfiri Ann Buayona bununla bağlı faktlar təqdim edilib və məlum iki diplomatın Azərbaycanı tərk etməsi üçün 48 saat vaxt verilib.

“Persona non grata” elan olunan diplomatların adları açıqlanmasa da, bunun Parisin casus şəbəkəsinin ifa olunması əməliyyatı ilə bağlı olduğu bəllidir. Və bu, Dövlət Təhlükəsizliyi Xidmətinin Fransa xüsusi xidmət orqanlarının casus fəaliyyətini aşkara çıxardığı haqda məlumatları da təsdiqləyir. Bu, Yelisey sarayının Azərbaycana qarşı mübarizədə növbəti uğursuzluğu oldu. Parisin Qarabağ məsələsində vasitəçilikdən uzaqlaşdırılması da uğursuzluqlardan biridir. Bu ölkənin Azərbaycanda casus oyununun ifşası isə Fransa və erməni lobbisinin Şimali Afrikadan sonra Cənubi Qafqazda aldığı ən böyük zərbə kimi qiymətləndirilir. Emmanuel Makronun idarə etdiyi Fransa Azərbaycana qarşı haqsız mübarizəsində de-fakto məğlub vəziyyətinə düşüb. Bu reallığı Ermənistanın da anlaması yaxşı 

Mənbə: oxu.az

Aqreqator
Избранный
353
4
oxu.az

10Источники