İyun ayında Fransada ölkənin ən böyük bankı BNP Paribas, BNP Paribas Securities Services və Kiprdə qeydiyyatdan keçmiş TCR International Limited broker şirkəti ilə çirkli pulların yuyulmasında şübhəli bilinən filialına qarşı ilkin istintaq başlayıb.
APA-nın xəbərinə görə, bu barədə Fransanın “Monde” qəzeti Paris prokurorluğuna istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanları 2019-cu ildən 2021-ci ilə qədər TCR International Limited vasitəsilə həyata keçirilən bir neçə maliyyə əməliyyatından şübhələnirdilər. Həmin vaxt broker şirkəti BNP Paribas Securities Services şirkətinin köməyi ilə müştəriləri adından investisiya əməliyyatları həyata keçirirdi.