RU

Ağdamda minaya düşən ANAMA əməkdaşı palataya köçürüldü

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdamda minaya düşən əməkdaşı Zaur Mahmudovun vəziyyəti stabildir.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq yaralının müalicə aldığı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasından məlumat verilib.

Qeyd olunub ki, Z.Mahmudov palataya köçürülüb.
Xatırladaq ki, dekabrın 26-da işğaldan azad edilən Ağdam rayonunun Sarıcalı kəndi ərazisində piyada əleyhinə mina partlaması nəticəsində ANAMA-nın xidməti vəzifəsini yerinə yetirən əməkdaşı, Qazax rayon sakini, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xəsarət alıb. O, əvvəlcə Ağdam Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncə şəhər Mərkəzi Klinikasına, ən son isə Bakıya təxliyə edilmişdi. Ona sol daban, ayaq daraq sümüklərinin açıq yarası diaqnozu qoyulub.

Избранный
136
29
yenicag.az

10Источники