RU

Fidan Blinkənə: YPG ilə işi dayandırın

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefonla danışıb. 
 




Manset.az xəbər verir ki, bu barədə  Türkiyə XİN məlumat yayıb.
Türkiyə XİN-dən yayılan  məlumata görə, görüş zamanı nazir Fidan ABŞ-ın müttəfiqi olaraq Suriyanın şimalında terror təşkilatı YPG ilə əməkdaşlığı dayandırmalı olduğu barədə sərt ifadələrlə həmsöhbətini Blinkenin diqqətinə çatdırıb. O qeyd edib ki, Türkiyənin İraq və Suriyada terrorla mübarizə əməliyyatları qətiyyətlə davam edəcək.
Görüş zamanı Türkiyənin bölgədə davam edən əməliyyatları çərçivəsində İraq və Suriyadakı Amerika qüvvələri ilə aramızda olan gərginliyi azaltma mexanizmi də gündəmə gətirildi. İHA-larımızdan birinin vurulması kontekstində sözügedən mexanizmin terrorla mübarizəmizə mane olmayacaq şəkildə effektiv işləməsi üçün razılıq əldə edilib.
Görüşdə NATO-nun genişlənməsi məsələsi də müzakirə olunub.
Jalə
Manşet.az

Избранный
322
13
yenimedia.az

10Источники