RU

Tanınmış yazıçı da Fazil Mustafanın təklifini dəstəklədi

"Yazıçı Yusif Vəzir Çəmənzəminlinin Rusiyanın Nijni Novqorod şəhəri yaxınlığındakı həbs düşərgəsinin qəbirstanlığında basdırılmış nəşini doğulduğu Şuşaya gətirib dəfn etmək ölkə həyatında əsl tarixi hadisə olar". "Sherg.az" xəbər verir ki, bunu tanınmış yazıçı-publisist Vahid Qazi Feysbukda yazıb. Yazar bildirib ki, bu təklifi irəli sürənlər, dəstəkləyənlər sağ olsunlar: "Fikrimcə, Yazıçılar Birliyi, başqa yaradıcı təşkilatlar, şəxslər bu ideyanın həyata keçirilməsinə nail oluncayadək gündəmdə saxlamaqla böyük missiya həyata keçirmiş olarlar.  Yusif Vəzirin “Studentlər” romanında Şuşa belə təsvir olunub:“Əvvəla, rеalni məktəb еrməni məhəlləsində idi. Ikinci, bütün hökumət müəssisələri də оrada idi. Еrməni məhəlləsi şəhərin abad bir yеri idi. Türk hissəsi qaranlıq və xərabə bir halda idi. Оdur ki, biz hər gün еrməni hissəsinə gəzməyə gеdərdik. Yayda hər axşam bulvarda оlardıq”. Çəmənzənimlinin Şuşada dəfn edilməsi faciəli həyat hekayəsini işıqlı sonluqla bitirmək qədər müqəddəs iş olar. Böyük ədib bu dəfəki qayıdışında Rusiyanın, Ermənistanın işğalından azad olunmuş şəhərinə dönər. Dönər və görər ki, daha bu şəhərin hər yanı “türk hissəsidir”, azaddır və abadlaşır. Heç Qarabağ da daha “İki od arasında” deyil!".Məlumat üçün bildirək ki, ötən gün Milli Məclisində çıxış edən millət vəkili Fazil Mustafa Yusif Vəzir Çəmənzəminlinin nəşinin Azərbaycana gətirilməsini təklif edib. Y.V.Çəmənzəminlinin varisləri də bunun reallaşmasını arzuladıqlarını bildiriblər.

Избранный
561
sherg.az

1Источники