RU

Ceyhun Bayramov: "Aİ ilə münasibətdə planımız bərabərhüquqlu inkişafdan ibarətdir"

Şərq tərəfdaşlığı formatı kifayət qədər uzun müddət öncə formalaşıb. Hər ölkənin özünün gündəliyi və Aİ ilə münasibətlərdə prioritet məsələləri var. Burada Azərbaycanın da mövqeyi həmişə ardıcıl olub.

MediaPost xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözərinə görə, Azərbaycan Avropa İttifaqını əlavə inkişaf platforması hesab edib: “Bizim Aİ ilə münasibətdə planlarımız və gözləntilərimiz bərabərhüquqlu inkişafdan ibarətdir. Müraciətimiz odur ki, məsələləri müzakirə edək, bir-birimizə nə verə biləcəyimizi müəyyənləşdirək. Biz görürük ki, Aİ illər ərzində Azərbaycanda ən böyük investor olub. Biz də Aİ qarşısında bütün öhdəliklərimizi zamanında icra etmişik. Müqavilə üzrə danışıqlar o zamana kimi gedəcək ki, bu, Azərbaycan üçün tam əlverişli olsun. Azərbaycanın legitim gözləntiləri var, onların başa çatması da bizim gözləntilərimizdir”.

Xəbərlər departamenti

Избранный
53
50
mediapost.az

10Источники