RU

Beynəlxalq ictimaiyyət Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir - XİN

Bakı. Trend:
Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıların həyatına
son qoymaqda davam edir.
Trend xəbər verir ki, bu
barədə Xarici İşlər Nazirliyi "X" (tvitter) sosial şəbəkə hesabında
paylaşım edib.
Bildirilib ki, bu gün Tərtərdə mina partlaması nəticəsində daha
bir azərbaycanlı mülki şəxs həlak olub.
"44 günlük müharibənin bitməsindən sonra mina qurbanlarının sayı
330-a çatıb. Beynəlxalq ictimaiyyət Ermənistanı mina xəritələrini
verməyə məcbur etməlidir", - deyə qeyd olunub.

Избранный
84
yenimedia.az

1Источники