Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi
Entoni Blinkenlə Suriya və İraqdakı terror əməliyyatlarını müzakirə
edib.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
Türkiyə Xarici İşlər Nazirliyi bildirib.
Görüş zamanı Hakan Fidan ABŞ-ın müttəfiqi olaraq Suriyanın
şimalında terror təşkilatı YPG ilə əməkdaşlığı dayandırmalı
olduğunu qeyd edib.
O qeyd edib ki, Türkiyənin İraq və Suriyada terrorla mübarizə
əməliyyatları qətiyyətlə davam edəcək.
Görüşdə Türkiyənin bölgədə davam edən əməliyyatları çərçivəsində
İraq və Suriyadakı Amerika qüvvələri ilə arasında olan gərginliyi
azaltma mexanizmi də gündəmə gətirilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта