RU

Xankəndidə bir neçə binanın yenidən qurulmasına başlanılacaq

Yaxın günlərdə Xankəndi şəhərində bir neçə binanın yenidən qurulması işlərinə başlanılacaq.

HİT.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib.

Onun sözlərinə görə, antiterror əməliyyatından sonra minalardan təmizlənmiş digər ərazilərdə də tikinti-quruculuq işlərinə başlanılıb.

"İstənilən işə başlanmazdan əvvəl həmin ərazilərdə qiymətləndirmə həyata keçirilir. Bu işin də ilkin mərhələsi yekunlaşıb. Artıq ərazi planlaşdırma layihələrinin hazırlanmasına başlanılıb. Biz çalışırıq ki, paralel olaraq şəhərlərimizdə və kəndlərimizdə tikinti işlərinə başlanılsın. İlkin olaraq Xocalıda işlərə başlanılıb. Malıbəyli kəndində, Turşsu qəsəbəsində və bir neçə kənddə parallel olaraq işlərə başlanılması nəzərdə tutulur", - deyə sədr müavini əlavə edib.

 

Избранный
104
3
hit.az

10Источники