RU

İsmayıllı ilə Fransa şəhəri arasında imzalanmış xartiyası ləğv olundu


İsmayıllı şəhəri ilə Fransanın Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyası ləğv olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsmayıllı Rayon İcra Hakimiyyətinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, 2015-ci ilin may ayında imzalanan xartiyanın məqsədi iki şəhər arasında dostluq əlaqələrini inkişaf etdirmək, mədəniyyət, turizm və iqtisadiyyat sahələrində ikitərəfli əlaqələrə töhfələr verməkdən ibarət olub.
““Qardaşlaşmış şəhərlər” ideyasının fərqli xalqların mədəniyyətinə xidmət etməsi və müxtəlif millətlərdən olan insanlar arasında körpülər yaratması, o cümlədən bu konsepsiyanın siyasətdən kənar olmasına baxmayaraq, təəssüf ki, Fransa tərəfi bu məsələni siyasiləşdirmiş, Vətən müharibəsindən sonra Ermənistana dəstək əlaməti kimi şəhərlərarası təmasları dayandırmışdır.
18 dekabr 2023-cü ildə Evian şəhər bələdiyyə şurasının iclasında ölkəmizə qarşı əsassız ittihamlar səsləndirilib, Ermənistana dəstək ifadə olunub.  Həmçinin, şəhər meri “Azərbaycan Bağı” qeyd edilən yazıların hamısının silindiyini elan edib.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi Şuranın üzvləri Evian şəhər bələdiyyə şurasının məlum iclasında ölkəmizə qarşısəsləndirilən qərəzli və qeyri-obyektiv fikirləri qətiyyətlə rədd edir və “Azərbaycan Bağı” ilə bağlı qərarı pisləyir.
Fransanın ölkəmizə qarşı bütün platformalarda apardığı anti-Azərbaycan siyasətinə və Evian şəhər bələdiyyə şurasının “Azərbaycan Bağı” qeyd edilən yazıların silinməsi ilə bağlı qərarına etiraz əlaməti olaraq, İsmayıllı şəhəri və Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyası 26.12.2023 tarixindən qüvvədən düşmüş hesab edilsin”, - məlumatda deyilir.
Избранный
208
50
yeniavaz.com

10Источники