Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov Tailand Krallığına işgüzar səfəri çərçivəsində Tailand İnvestisiya Şurasının baş katibi Narit Therdsteerasukdi ilə görüşüb. SİA xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə Azərbaycanda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə investisiya imkanları müzakirə olunub.