RU

Prezident İlham Əliyevdən Şabranda yol təmiri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şabran rayonunun Gəndob‒Xaçmaz‒Yalama‒Rusiya Federasiyası ilə dövlət sərhədi (11 km)‒Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Olaylar.az xəbər verir ki, sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Gəndob‒Xaçmaz‒Yalama‒Rusiya Federasiyası ilə dövlət sərhədi (11 km)‒Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1 (bir) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.İqtisadiyyat Nazirliyi bu sərəncamda göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Избранный
326
49
olaylar.az

10Источники