RU

Dağıstanla sərhəddə yeni buraxılış məntəqəsi istifadəyə verilib

Rusiyanın nəqliyyat naziri Vitali Savelyevin iştirakı ilə Azərbaycanla sərhəddə yerləşən Yaraq-Kazmalyar avtomobil buraxılış məntəqəsi telekörpü vasitəsilə açılıb.

Bu barədə TASS məlumat yayıb.

Nazir qeyd edib ki, Yaraq-Kazmalyar məntəqəsinin yenidən qurulması yükdaşıma qabiliyyətini iki dəfədən çox artırmağa imkan verib. Hərəkət zolaqlarının sayı 14-dən 22-yə yüksəlib.

“Bu il biz yük avtomobillərinin keçidi üzrə rekord vurduq - 2 mindən çox yük maşını. Bu, 2022-ci illə müqayisədə 10% çoxdur”, - Savelyev bildirib.

Dağıstan Nazirlər Kabinetinin rəhbəri Əbdülmüslim Əbdülmüslimovun sözlərinə görə, Yaraq-Kazmalyar məntəqəsinin yenidən qurulması həm Rusiya mallarının ixracını, həm də Rusiyaya beynəlxalq malların idxalını artıracaq.

"Bu, öz növbəsində, Dağıstan Respublikasının və bütövlükdə ölkənin sosial-iqtisadi inkişafına əlavə təkan verəcək", - o çıxış edib.

Gürcüstanla sərhəddə yenidən qurulan “Yuxarı Lars” avtomobil buraxılış məntəqəsinin də telekörpü vasitəsilə açılışı olub. Təkmilləşdirmədən sonra yükdaşıma qabiliyyəti iki dəfədən çox artaraq gündə 1,5 min yük avtomobilinə çatdırılıb.

“Bu il Yuxarı Lars sərhəd-keçid məntəqəsindən 335 mindən çox yük maşını keçib ki, bu da keçən illə müqayisədə 19% çoxdur. Bu da mütləq rekorddur”, - Savelyev əlavə edib.

Yaraq-Kazmalyar çoxtərəfli avtomobil keçid məntəqəsi Azərbaycan, İran, Hindistan və Cənubi Asiya, eləcə də Fars körfəzinin digər ölkələrinə yüklərin tranzitinin, ixracının və idxalının təmin edilməsində strateji əhəmiyyətə malikdir.

O, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən əsas obyektlərdən biridir. Yuxarı Lars Gürcüstanla sərhəddəki yeganə avtomobil keçid məntəqəsidir və Rusiyanın ən işlək məntəqələrindən biridir.

"Cebhe.info"

Избранный
310
9
cebheinfo.az

10Источники