Azərbaycan Mərkəzi Bankı (AMB) daha 4 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasını ləğv edib.
Bu barədə tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, bu qərar dekabrın 20-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar 12 ay ərzində lisenziyalarının qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş hal, lisenziyaların qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığı üçün ləğv olunub.
"Cebhe.info"