RU

Tailandlı kişi meşə ilə 160 km məsafə qət etdikdən sonra həyat yoldaşının itdiyini anlayıb

"Ərlə arvad mübahisə etmədən polis məntəqəsini birlikdə tərk edib..."
 
Tailanddan olan bir kişinin həyat yoldaşı Milad gecəsində təsadüfən meşədə tək qalıb. Kişi yalnız 160 km məsafə qət edəndən sonr həyat yoldaşının maşında olmadığını görüb. 
 
Moderator.az xəbər verir ki, bu barədə "The Mirror" nəşri yazıb.
 
27 il nikahda olan Buntom və Amnuay Çaymun Milad gecəsində Maxa Sarakxam əyalətindəki doğma şəhərinə yollanıb.
 
Yolda Buntom ayaqyoluna getmək üçün maşınını saxlayıb. Onun həyat yoldaşı yolun kənarında dayanmağın əleyhinə olub, lakin ərinin öz fizioloji tələbatını ödəməyə getdiyindən özü də meşədə gəzmək qərarına gəlib.
 
Kişi onun maşından düşdüyünü görməyib, avtomobilinə dönərək, həyat yoldaşının arxa oturacaqda yatdığını zənn edərək, yoluna davam edib.
 
Beləliklə, onun 49 yaşlı həyat yoldaşı meşədə maşında çantasında olan pullarsız və telefonsuz qalıb.
 
Qadın 20 km piyada getdikdən sonra Kabinburi şəhərindəki polis məntəqəsinə çatıb. Təəssüf ki, Amniay ərinin telefon nömrəsini xatırlamayıb, ona görə də hüquq-mühafizə orqanları qadının nömrəsinə zəng edib.
 
Lakin bəxtsiz kişi zəngləri eşitməyib və həyat yoldaşının onunla birgə olduğunu zənn edərək, öz yoluna davam edib. Yalnız 160 km məsafə qət etdikdən sonra səhər saat səkkizdə öz səhvini anlayıb.
 
Bu tarixçə xoşbəxt sonluqla bitib. O, həyat yoldaşından üzr istəyib, böyük ehtimalla, bağışlanılıb. Onlar mübahisə etmədən polis məntəqəsini tərk edib, nəşr yazıb.
Избранный
210
28
moderator.az

10Источники