RU

Bu məhsulların satışı ƏDV-dən azad edildi

Bu gündən Azərbaycanda heyvan və quş ətinin satışı daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.

Bu güzəşt müddəti 2027-ci il yanvarın 1-nə kimi uzadılıb.

Qeyd edək ki, Azərbaycanda heyvan və quş ətinin satışı 2020-ci il yanvarın 1-dən ƏDV-dən azad edilib.

Ölkədə ƏDV dərəcəsi 18 % təşkil edir.


Müəllif: Teleqraf.com
Избранный
202
29
teleqraf.com

10Источники