RU

Azərbaycanda zərgərlik məmulatlarının istehsalı üçün dəzgahların idxalı daha 3 il vergidən azad EDİLİB

Bu ildən Azərbaycanda zərgərlik məmulatlarının istehsalında istifadə olunan dəzgahların, avadanlıqların və qurğuların idxalı daha üç il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Azərbaycanda qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq qurumun təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalına tətbiq edilən ƏDV-dən azadetmənin müddəti 2027-ci il yanvarın 1-nə kimi davam edəcək.

Bizim.Media
 

Избранный
151
17
bizim.media

10Источники