Azərbaycan tarixdə ilk dəfə yeni ilə bütöv, ərazi bütövlüyü tam bərpa edilən dövlət kimi daxil oldu. Vətənimizə xidmətdən qürur duyuruq. Xidmətimiz yerdə, suda, havada, metrostansiyalarda, yollarda gücləndirilmiş rejimdə davam edir.
Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“İstirahət günlərinin təhlükəsiz şəraitdə keçməsi üçün daxili işlər orqanlarının hər bir əməkdaşı əzmlə, fədakarlıqla, fasiləsiz çalışır. Xahişimiz ondan ibarətdir ki, hər bir şəxs ictimai qaydaya əməl etməli, digər şəxslərin hüquqlarına hörmətlə yanaşmalıdır. Təhlükəsizlik fərdi məsələ deyil, hər kəsin əməl etməli, qorumalı olduğu dəyərdir, niyyətdir”, - məlumatda deyilir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта